Bu il sentyabr ayının 28-də Tibb elmləri doktoru, Avropa Kardioloqlar Cəmiyyətinin üzvü Əhməd Babayevin 70 yaşı tamam olur.
Əhməd Babayev 20 ildən artiq akad. C. Abdullayev ad. Elmi-Tədqiqat kardiologiya institutunun baş həkimi vəzifəsində calişmişdir. Tanişligimiz da elə bu vaxtlardan başlamişdir. Redaksiyaya müraciət edən xəstələrin muayiunə və müalicəsi ücün tez-tez instituta müraciət etməli olurduq. Əhməd mûəllimin gorging iş qrafikinin şahidi olmuşduq. Bir görürsən klinikada yatan air xəstələrin ziyarəti ücün şöbədədir, ya dawəbula gələn xəstələrin şöbələrə yönəltməsi ilə məşguldur. Dəfələrlə otaginda Azərbaycan Tibb Universitetinin tələbələri ilə dərs kecməyinin ya Elmi Şuranin iclaslarinda iştirak etməyini görmüşuk.
Əhməd Babayev is günün axirinda aspirantini qəbul edib,dissertasiya işinin yerinə yetirilməsi ilə əlaqədr tövsiyələrin verir. Sonradan öyrəndik ki, Əhməd Babayev Avropa kardioloqlar cəmiyətinin üzvüdür və 100- ə yaxin elmi məqalənin, 3 monoqrafiyanin müəllifidir. Onun elmi əsərləri bir cox dərgilərdə cap olunub. Əhməd müəllim klinikaya müraciət edən əlillərə xüsusi diqqət yetirirdi. O Beynəlxalq Əlillər Cəmiyətinin idarə heyətinin üzvüdür. Bu gördüklərimiz bir baş həkimin gün ərzində yerinə yetirdiyi işlərin bir hissəsidir.
Hal- hazirda oyrəndik ki, Əhməd müəllim FAMAX medical tourism şirkətinin baş məsləhətcisi kimi Isanbulda fəaliyət göstərir. Xarici ölkələrdən Türkiyəyə gələn xəstələrin müayinəsində iştirak edir və onlari müvafiq xəstəxanalara yönəldir. Biz Əhməd Babayevə möhkəm can sagligi və mənali uzun omür arzu edirik.
"Yeni zaman"-ın kollektivi adından Əhməd Babayevi 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona çansağlığı, 100 illik yubileyini qeyd etməyi arzulayırıq.
.