Sərhədyanı bölgələrdə yaşayanların qanunla verilən imtiyazlardan sui-istifadə etmələri yenidən gündəmdədir. Dövlət Gömrük Komitəsi qabaqlayıcı tədbirləri gücləndirib. Azərbaycanlılar cənuba daha çox ziyarət və müalicə məqsədi ilə üz tuturlar. İranla sərhədyanı rayonlarda yaşayanlar isə sərhəddi həm də gündəlik alış-veriş üçün keçirlər. 

İranla sərhəd rayonların sakinləri keçid məntəqəsindən demək olar ki, gündəlik istifadə edirlər. Bəzi sakinlər ərzağa təlabatını ödəmək üçün daha yaxın olan qonşu ölkə bazarlarına üz tutur. Amma bundan ticarət məqsədi ilə istifadə edənlər də var. 

Ən çox tələbat duyulan məhsullar yuyucu vasitələr, yağlar və digər məhsullardır. Onları sakinlər özləri istifadə üçün gətirirlər, artıq qalanını isə dükanlara bir-iki manat qiymət fərqi ilə təhvil verirlər. 

Azərbaycandan İrana isə daha çox müxtəlif geyimlər aparılır. Bununla yanaşı qoz-fındıq və digər məhsullar da qarşı tərəfə pərakəndə halda keçirilir.

Sərhədyanı bölgələrdə yaşayanların keçid-məntəqsindən mütəmadi istifadə etməsi və burada yaradılan sıxlıq, eyni zamanda şəxsi istifadə üçün gətirilən malların sonradan satılması məsələsi Dövlət Gömrük Komitəsini narahat edir. Komitədən ARB TV-yə bildirdilər ki, sərhədyanı bölgələrdə yaşayanların qanunla verilən imtiyazlardan sui-istifadə etməsinin qarşısını almaq üçün hazırlanan normativ-hüquqi bazanın tətbiqi daha da gücləndirlib. Qabaqlayıcı tədbirlər görülür.


.