Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

İclasda 100-dən çox müraciətə baxılıb.

Beləliklə, ümumilikdə, baxılan müraciətlərin sayı 700-ə çatıb.

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasına 1000-dək müraciət daxil olub. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.
.