Əfqanıstanda silahlıların sərnişin avtobusuna hücumu nəticəsində 13 nəfər ölüb
24-03-2015 09:33
2,862 oxunub
Əfqanıstanın şərqində, Vardak əyalətində naməlum silahlılar sərnişin avtobusuna hücum edib. TASS agentliyinin verdiyi məlumata görə, nəticədə 13 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Yerli hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır. .