Əfqanıstanın paytaxtı Kabildə yerləşən Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Bu barədə İtaliyanın “Emergency” humanitar təşkilatı tvitterdə məlumat yayıb.

“Cərrahiyyə mərkəzimizə biri uşaq olmaqla 12 nəfər yaralı daxil olub”, - təşkilatın açıqlamasında bildirilib.

.