Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov jurnalsitlərə evlərin verilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevə təşəkkür mesajı ünvanlayıb:
Cənab Prezident, yüzlərlə jurnalist ailəsinə mənzil sevinci bəxş etdiyiniz üçün Sizə media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk.
Hər bir vətəndaş üçün Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz. Jurnalistlərimiz Sizin sayənizdə zəhmətlərinin müstəsna bəhrəsini görürlər. Media təmsilçilərimizə bu misilsiz hissi yaşatdığınıza görə minnətdarıq!
