Futbol üzrə Efiopiya çempionatının XXII turu çərçivəsində keçirilmiş "Defans Fors” – "Velvalo Adriqat” görüşünün referisi qonaq komandanın baş məşqçisi və futbolçuları tərəfindən döyülüb.

Yenizaman.az xəbər verir ki, insident oyunun 22-ci dəqiqəsində meydan sahibləri hesabı 1:1 etdikdən sonra baş verib. Topun qapı xəttini keçmədiyini düşünən qonaqlar baş hakimin üzərinə şığıyaraq, onu qovmağa başlayıblar. Referi künc bayrağını götürərək, müqavimət göstərməyə çalışsa da, faydası olmayıb. Meydan sahiblərinin onu müdafiə etmək istəyi isə kütləvi dava ilə nəticələnib və matç yarımçıq dayandırılıb.

Qeyd edək ki, insidentdən sonra "Velvalo Adriqat”ın baş məşqçisi istefaya göndərilib.

.