İlin sonuna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin sayı 150-yə çatdırılacaq.
Bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlərin elektronlaşdırılmasına dair görülmüş işlər və hədəflərlə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, əhaliyə göstərilən xidmətlərin 90 faizi tam elektronlaşmış olacaq.
"İl ərzində yeni proaktiv xidmət növlərinin də istifadəyə verilməsi gündəlikdə yer alan məsələlər siyahısındadır" - o qeyd edib.
.