Rusiya Ədliyyə Nazirliyi bloqer Aleksandr Lapşinin müraciəti əsasında onun Rusiyaya verilməsi proseduru ilə məşğul olmağa hazır olduğunu bəyan edib.
RİA"Novosti”-i verdiyi xəbərə görə, bu barədə Rusiya Ədliyyə Nazirliyinin mətbuat katibliyi məlumat yayıb.
"Azərbaycan Respublikasının məhkəmə hökmü qüvvəyə minəndə və Lapşin Rusiyaya verilməklə bağlı müvafiq orqanlara müraciət etsə, 1998-ci il Konvensiyasıya uyğun olaraq, Ədliyyə Nazirliyi Azərbaycanın Ədliyyə Nazirliyi qarşısında onun Rusiyaya verilməsi proseduruna başlayacaq”, - deyə məlumatda deyilir.
Rusiya Ədliyyə Nazirliyi qeyd edir ki, Konvensiyaya əsasən, məhkum edilənin özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili istər Rusiya, istərsə də Azərbaycanın Ədliyyə Nazirliyinə müvafiq müraciət edə bilər. Məhkumun digər ölkəyə verilməsi üçün onun şəxsi razılığı və hökmün qüvvəyə minməsi əsas şərtlər arasındadır.
A. Lapşinin hökm ilə bağlı şikayət verib-verməməsi hələlik məlum deyil.
.
