Ərəb Dövlətləri Liqası Şurası Qahirədə XİN başçıları səviyyəsində keçirilən iclasının yekununda Fələstin dövlətinin 1967-ci il 4 iyun sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla beynəlxalq tanınmasına çağırıb.
Bununla yanaşı, ərəb ölkələri BMT Təhlükəsizlik Şurasından ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarına baxmasını xahiş etmək niyyətindədir. Ağ ev administrasiyasından isə bu qərarın ləğv olunması tələb edilib.
Yaxın Şərqdə ABŞ-ın ən yaxın tərəfdaşlarından olan Ər-Riyad da Vaşinqtonun Qüdsə dair qərarına yenidən baxmasını istəyir. Bunu Ərəb Dövlətləri Liqası Şurasının iclasında Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr bəyan edib.
