Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin səfərlərin məqsədləri üzrə bölgüsü açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, ötən il ümumilikdə ölkəyə 1602,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Onlardan 1058,1 mini turizm məqsədilə səfər edib. O cümlədən 398,5 min nəfər istirahət, əyləncə turizmi, 400,5 min nəfər işgüzar turizm, 14 min nəfər müalicə turizmi, 2,2 min nəfər dini turizm, 184.8 min nəfər qohumlara, dostlara baş çəkmək, 58,1 min nəfər digər turizm məqsədilə, 544,2 min nəfər isə digər məqsədlə ölkəmizə gəlib.

.