Dövlət Miqrasiya Xidməti (DMX) ölkəmizdə olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası vətəndaşlarına növbəti dəfə müraciət edib.

DMX-dən bildiriblər ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişikliyə müvafiq olaraq, 2020-ci il avqustun 24-dən etibarən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, Azərbaycanda yaşayan şəxslərdən Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və vətəndaşlığından çıxma, Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemindən Xidmətin fəaliyyət istiqamətləri üzrə arayışların verilməsi ilə bağlı müraciətlərin qəbulu bütün “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

“ASAN xidmət” mərkəzləri olmayan şəhər və rayonlarda qeyd olunan məsələlərlə əlaqədar müraciətlər regional miqrasiya idarələrində (Xaçmaz, Yevlax, Ağsu, Lənkəran, Şirvan regional miqrasiya idarələrində) qəbul ediləcək.

.