Mövcud hava şəraiti ilə əlaqədar olaraq, yollarda qar yağması və buzlaşma səbəbindən respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Hərəkətin təhlükəsizliyinin təbliği ictimai qurumlarla əlaqələrin şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verilib.

O bildirib ki, nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb, 3 nəfər də həyatını itirib:

"Biz bir daha bütün sürücülərdən xahiş edirik ki, mövcud hava və yol şəraitini düzgün qiymətləndirsinlər, nasaz nəqliyyat vasitələri ilə yola çıxmasınlar (xüsusən əyləc sistemi və şinlər), sürət həddini minimuma salsınlar və zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər".

.