Bakının Rəşid Behbudov küçəsində 9 maşının toqquşmasına səbəb avtomobillərin sürət yarışına çıxması olub.

Bu barədə  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli məlumat verib.

O bildirib ki, bu gecə saat 00:54-də Bakının Nəsimi rayonunun Rəşid Behbudov küçəsində doqquz avtomobilin toqquşması ilə zəncirvari qəza olub:
“Hadisə nəticəsində bir nəfər xəsarət alıb, ilkin səbəb olaraq nəqliyyat vasitələrinin sürət yarışına çıxması göstərilir. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.”

.