Bakıda əksər küçə və prospektlərdə yollar qardan təmizlənib.

Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.

V. Əsədov bildirib ki, bununla belə, bəzi enişli və yoxuşlu ərazilərdə buzlaşma var: "Bir daha sürücülərə müraciət edərək diqqətli olmağa çağırırıq. Hazırda polis əməkdaşları da xidmət aparaq yollarda nizamlayıcı qismindədirlər. Odur ki, sürücülər ara məsafələri saxlamaqla, diqqətli hərəkət etməlidirlər".

.