2025-ci ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 12 milyard 455.8 milyon milyon manat təşkil edib.

Bu mənbədən vergi daxilolmaları proqnozdan 614,2 milyon manat və ya 5,2 faiz çox icra edilib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.8% artıb.

Xatırladaq ki, yenilənmiş proqnozlara görə, 2025-ci ilin sonuna Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə 16 milyard 320 milyon manat köçürülməsi gözlənilir.

.