Bugün keçirilən əməliyyatlar nəticəsində Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilib.

Trend-in məlumatına görə, AzTV işğaldan azad edilən Talış yüksəkliklərindən ilk görüntüləri lentə alıb.

 

.