Dünyanın ən varlı adamı olan Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott ABŞ-ın Sietl şəhərində yerləşən özəl məktəbdə təbii elmlərin tədrisi ilə məşğul olan Den Cuettl adlı müəllimə ərə gedib.

Bu barədə “Wall Street Journal” nəşri xəbər verib.

“Ömrümün çox hissəsini müəllim kimi çalışmışam. Gözəl bir təsadüf nəticəsində tanıdığım ən səxavətli və xeyirxah insanlardan biri ilə ailə həyatı qurdum”, D.Cuettl qeyd edib.

Qeyd edək ki, Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott planetin ən zəngin qadınlarından biridir.

Onun sərvəti 68 milyard ABŞ dolları təşkil edir.

.