“Amazon”un qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı, yazıçı Makkenzi Skott “Forbes” jurnalının dünyanın 100 ən güclü qadını siyahısında birinci olub.

Jurnalın ABŞ versiyası onu xeyriyyə işlərinə görə siyahıda ən yüksək yerə layiq görüb.

Reytinqdə ikinci yeri ABŞ-ın vitse-prezidenti Kamala Harris tutub. Onun ardınca Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard və “General Motors”un baş direktoru Meri Barra, həmçinin sahibkar və “Microsoft”un qurucusu Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Qeyts gəlir.

Qeyd edək ki, son 10 il ərzində Angela Merkel dünyanın ən nüfuzlu qadınları reytinqinə başçılıq edib. O, Almaniya kansleri vəzifəsindən getdikdən sonra jurnal onu siyahıdan çıxarıb.

.