Meksikalı Fatimə Boş "Dünya gözəli 2025" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
Bu barədə "The Philippine Star" nəşri məlumat yayıb.
Qalibə tacı "Dünya gözəli 2024" müsabiqəsinin danimarkalı qalibi Viktoriya Teylviq təqdim edib. Müsabiqədə ikinci yerin sahibi Tailand təmsilçisi olub. Üçüncü, dördüncü və beşinci yerləri müvafiq olaraq Venesuela, Filippin və Kot-d'İvuardan olan iştirakçılar tutub.
.
