Havanın keyfiyyəti indeksinə görə Serbiyanın paytaxtı Belqrad dünyanın ən çirkli şəhəridir.

Onu Pakistanın Lahor və Kəraçi şəhərləri izləyir. Hər üç məkan 154 bal toplayaraq “qırmızı zonada” qərarlaşıb.

İlk onluğa Balkanlardan daha iki şəhər – Zaqreb (Xorvatiya - 109) və Sarayevo (Bosniya və Herseqovina - 96) daxil edilib.

Qeyd edək ki, beynəlxalq normalara görə, havanın çirklənməsi indeksi 151-dən 200-dək olan ərazilərdə yaşamaq insan həyatı üçün təhlükəli hesab edilir.

.