İqlim dəyişmələrinə görə yeni heyvan sortlarının yetişdirilməsi əsas məsələlərdəndir İqlim dəyişmələri məhsuldarlığa təsir göstərir.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Bəhruz Nuriyev qlobal iqlim dəyişmələri mövzusunda dəyirmi masada deyib.

O bildirib ki, temperaturun dəyişməsi, quraqlıq heyvanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

“Buna görə də yeni heyvan növlərinin yetişdirilməsi əsas məsələlərdəndir”,- deyə B. Nuriyev qeyd edib.

.