![](/uploads/img/posts/2024/03/08/65eabca58706765eabca5870681709882533d87e3bdf80a17d7ac9d3c8a45a55bee5jpeg-1709883965.jpeg)
"İslamofobiya fərdi təzahürdən çıxaraq, faciə halına gəlib. Bu, böyük təhlükədir".
Bunu Dünya Müsəlmanları İcması Şurasının Baş katibi Mohamed Bechari Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda deyib.
O, bu cür düşüncələrlə mübarizədə dünya təşkilarlarının aciz davrandığını əlavə edib:
"Xüsusilə qərb ölkələrində müsalmanlara qarşı ayrı-seçkilik halları özünü göstərir. Qərb dini və irqi baxımdan onlarla eynilik təşkil etməyənlərə qarşı bu cür yanlış siyasət yürütməkdədir. Biz hesab edirik ki, digər dinlərə qarşı ayrı-seçkilik halları cinayət kimi qəbul edilməli, bu mənada, beynəlxalq qanun hazırlanmalıdır".
Baş katib İslamofobiya ideyasının kütləvi dəstək aldığını qeyd edib:
"Bu da siyasi düşüncələrdə özünü biruzə verir. Baxmayaraq ki, çox zərərli bir düşüncədir".
Mohamed Bechari yekunda tədbirin Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.
.