Mütəxəssislər dəniz nəqliyyatı ilə yükdaşımaların həcmini və əsas dəniz daşımaları mərkəzlərini tədqiq ediblər. Tədqiqat əsasında "Xinhua-Baltic International Shipping Center Development Index" indeksi hazırlanıb ki, bura dünyanın əsas dəniz limanları daxil olub.
"Baltic Exchange" verdiyi məlumata görə, indeks 2014-cü ildən etibarən tərtib olunur. İndeks çərçivəsində beynəlxalq mərkəzlər bir sıra amillərə, o cümlədən limanın vəziyyəti, gəmiçilik və xidmətlər, həmçinin ümumi mühitə əsasən qiymətləndirilir.
Dünyanın ən yaxşı beynəlxalq dəniz daşımaları mərkəzlərinin reytinqi:
# | Liman | İndeks |
1 | Sinqapur | 97,8456 |
2 | London | 84,6849 |
3 | Honkonq | 83,9004 |
4 | Şanxay | 80,8652 |
5 | Dubay | 79,3879 |
6 | Rotterdam | 76,5930 |
7 | Hamburq | 75,1276 |
8 | Nyu-York – Nyu-Cersi | 72,7628 |
9 | Hyuston | 69,1638 |
10 | Afina | 68,1171 |
