
Mərkəzi ABŞ-da yerləşən "Mastercard” maliyyə şirkəti "2016 Qlobal Şəhərlər İndeksi” siyahısını təqdim edib.
Siyahıda dünyanın 30 ən məşhur şəhəri yer alıb.
9 ildir mütəmadi olaraq yayımlanan siyahının tərtibində şəhərlərin ümumi ziyarətçi sayı, xaricdən gələnlərin həmin şəhərlərdə xərclərinin miqdarı və turistlərin nəqliyyatdan istifadə sayı nəzərə alınır.
Siyahıya 2016-cı ildə ən çox qonaq qəbul edən şəhər olan Taylandın paytaxtı Banqkok başçılıq edir. Banqkoku sıra ilə İngiltərənin paytaxtı London, Fransanın paytaxtı Paris, BƏƏ-nin ən böyük şəhəri olan Dubay və Asiyanın şəhər-dövləti Sinqapur izləyir.
Siyahının ilk onluğunda yer alan şəhərlərin qonaqlama sayı isə belədir:
Banqkok - 19.41 milyon
London – 19.06 milyon
Paris - 15.45 milyon
Dubay - 14.87 milyon
Sinqapur - 13.11milyon
Nyu-York - 12.70 milyon
Seul - 12.39 milyon
Koala Lumpur - 11.28 milyon
Tokio - 11.15 milyon
İstanbul – 9.16 milyon
.