Antarktidadan təxminən 1 trilyon ton çəkiyə malik aysberq qopub.

Aysberqin sahəsi 6 min kvadrat kilometr təşkil edir. Bu, təxminən, Uelsin dörddə bir hissəsinə bərabərdir.

Alimlər bu hadisəni gözləyirdi. Buzlaq 10 il müşahidə altında olub. Tədqiqatçılar buzlağın bölünməsini 2010-cu ildə müşahidə ediblər və bölünmə ötən il güclənib. Qopma 10-12 iyulda baş verib.

Larsen C buz şelfinin qitədən tamamilə qırılacağına dair, təxminən, 1 ay əvvəl xəbərdarlıq edilmişdi.

Buz parçasını qurudan ayıran çatın uzunluğu 200 kilometr təşkil edir.

Ekspertlər bu hadisəni qlobal iqlim dəyişikliyinin bariz nümunəsi hesab edirlər.(apa)
.