Sakit okeanı 20 gündə keçərək dünya rekordunu yeniləməyə çalışan çinli dənizçi Quo Çuan itkin düşüb.
Bakipost.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika Sahil Təhlükəsizliyi qrupları Amerikanın San Fransisko şəhərindən Çinin Şanqay şəhərinə qədər Sakit okeanı 20 gündə keçməyə çalışan dənizçini 2 gündü axtarışa versə də, heç bir nəticə əldə edə bilməyib.
Qeyd edək ki, dənizçinin qayığı Havai adalarından min kilometr uzaqlıqda parçalanmış vəziyyətdə tapılıb.
.
