
2002-ci ildə keçirilən "Dünya Gözəli” müsabiqəsinin qalibi Azra Akın evlənəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 35 yaşlı model sevgilisi Atakan Koru ilə hələlik münasibətlərini rəsmiləşdirmək qərarına gəlməyib.
Los-Angelesə səfər edən Azra hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Dünya gözəli yayılan xəbərlərin əsassız və şayiə olduğunu bildirib:
"Yayılan xəbərləri oxuyanda şoka düşdüm. Gözəl bir münasibətim var, amma evlənmək barədə bir qərar verməmişik. Atakanla 3 ildir ki, sevgiliyik. Hələlik evlənmirəm. Toy olanda sizə xəbər verəcəyik”.
Xatırladaq ki, Türkiyə mətbuatı cütlüyün bu yay evlənəyi barədə xəbər yaymış, Azra və Atakanın Taylandda istirahət edərkən belə bir qərara gəldikləri iddia olunmuşdu.