"Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi ötən əsrin 60-cı illərində Latın Amerikası ölkələrindəki məhsuldarlıq səviyyəsindən bir qədər çoxdur".
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dünya Bankı ilə birgə təşkil etdiyi 3-cü Bilik Sərgisidə beynəlxalq maliyyə qurumunun nümayəndəsi Culian Lampietti bildirib.
"Məhsuldarlığı 3 dəfə artırmaq üçün imkanlar var. Bu baxımdan rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynaya bilər. Xüsusilə ət və süd məhsullarının istehsalında potensial daha böyükdür", - o qeyd edib.
Dünya Bankının rəsmisi Azərbaycanda kənd təsərrüfatı üzrə ixrac potensialının dəyərini də açıqlayıb və bu rəqəmin 1,1 mlrd. ABŞ dolları olduğunu deyib.
Onun sözlərinə görə, aqrar sektor ixracın 77%-ni Rusiya istiqamətində həyata keçirir və bu, zəif cəhətdir: "Yeni bazarlar barədə düşünmək lazımdır".
Azərbaycanda məhsuldarlığa təsir edən əsas amil su ilə təminat məsələsidir. İqlim dəyişiklikliyi ümumilikdə Cənubi Qafqaz regionunda aqrar sektorun inkişafına mənfi təsir göstərir".
Bunu da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Dünya Bankının birgə təşkil etdiyi 3-cü Bilik Sərgisində beynəlxalq maliyyə qurumunun nümayəndəsi Vilfred Handertmarkl bildirib.
O, növbəti 50 il ərzində Azərbaycanda temperaturun 2,4°C artacağını deyib: "Azərbaycanda yağışlar azalıb. Qafqazda buzlaqların əriməsinin şahidi oluruq. 100 il əvvəl mövcud olmuş buzlaqların hazırda yarısı qalıb. Azərbaycanın Şimal və Cənub hissəsində su ehtiyatı 70-77% azalıb. Bu isə məhsuldarlığa 40-50% təsir edir".
Bununla belə, Dünya Bankı rəsmisinin sözlərinə görə, ölkədə sudan isitfadə imkanları böyükdür: "Sadəcə çaylardan düzgün istifadəyə diqqət yetirilməlidir".(Report)
