Müğənni Dua Lipa ilk dəfə sevgilisi, aktyor Kallum Törnerlə fotolarını paylaşıb.

28 yaşlı Dua Lipa və 34 yaşlı Kallum Törner Qlastonberi festivalında fotosessiyaya çəkiliblər. Kadrların birində aktyor müğənnini qucaqlayaraq başından öpüb. Sənətçi qara pencək, enli cins şalvar, çəkmə, qəhvəyi şərf və papaq geyinib. Pop müğənnisi qara iri ölçülü sviter, mini şort, tayt, hündür bağlı çəkmələr və gün eynəyi ilə pozalar verib.

2023-cü ilin mart ayında Dua Lipa rejissor Romen Qavras ilə görüş zamanı görüntülənmişdi. May ayında sevgililər 76-cı Kann Film Festivalının qırmızı xalçasında cütlük kimi debüt etdilər. Dekabr ayında isə məşhurlar ayrıldılar.

Mənbə: Gazeta.ru

.