
Azərbaycan bölgədə davamlı sülhün və sabitliyin bərqərar olması üçün səylərini əsirgəmir.
Bu barədə noyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
DTX rəisi, Azərbaycanın bölgədə davamlı sülhün və sabitliyin bərqərar olması üçün səylərini əsirgəmədiyini, daima qonşuluq və dinc yanaşı yaşama prinsiplərini üstün tutaraq Qarabağda yaşayan erməni əsilli şəxslərin təhlükəsizliyinə hərtərəfli təminat və zəmanət verdiyini, Ermənistanla münasibətlərin normallaşdırılmasının və sülh müqaviləsinin imzalanmasının vacib olduğunu deyib.
Söhbət zamanı regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırmasının qəbuledilməzliyi, belə halların yenidən müharibənın alovlanmasına səbəb olacağı qonağın diqqətinə çatdırılıb.
.