"2 ildir ki, uğurla həyata keçirilən Milli Ulduz Təsnifatına indiyədək 150 hotel müraciət edib, 100-ə yaxın hotelin təsnifatı başa çatıb”.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Hotel Assosiasiyasının V Baş Assambleyasında deyib.
O bildirib ki, onlardan cəmi 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib.
"Ulduz kateqoriyası əldə etmək üçün edilən müraciətlərin çox az bir hissəsi qoyulan tələbləri ödəyib. Bunların içərisində çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellər çoxluq təşkil edir. Ulduz sertifikatına malik olan hotellərin sayının artması sağlam rəqabəti stimullaşdıracaq və bu da nəticə etibarilə hotelçilik sənayesinin inkişafına təkan verəcək, tələb və təklif qanununun daha dolğun realizə edilməsinə töhfə verəcək".
