İyunun 21-də saat 01:30-da Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan tarixdə saat 07:00-da Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan vətəndaşı Amiri Məcid İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

.