Dövlət Sərhəd Xidməti rəisinin iki müavini ehtiyata buraxılıb.

DSX verdiyi məlumata görə, DSX rəisinin Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq müavinləri - general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov bu gün Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı ilə vidalaşıblar.
 

.