Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) həbs olunan vəzifəli şəxsləri – Sakit Muradov, Samiq Əzizov, Nemət Pənahov, Elçin Vəliyev, Müzəffər Namazov, Abdulla Abdullayev, Xalis Quliyevin barələrində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib və təqsirləndirilən şəxslər barəsində seçilən həbs qətimkan müddəti 3 ay, dekabrın 12-ə qədər uzadılıb.
 

.