Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində birgə aparılmış təhlillər nəticəsində dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılmış əcnəbi vətəndaşların bir qisminin ölkə ərazisinə təhsil vizası əldə edərək rəsmi qaydada gəlməsi, daha sonra qeyri-qanuni yolla dövlət sərhədini pozaraq digər ölkələrə getmək niyyətində olmarı aşkar edilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, saxlanılan şəxslər yerli təhsil müəssisələrində təhsil almağa başladıqdan sonra dərslərdən yayınmaqla, Avropaya miqrasiya etmək üçün qeyri-qanuni yollar axtarır, bəzi hallarda isə ölkə ərazisində qalaraq bələdçilik funksiyasını icra edirlər.
Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.
.