2022-ci il ərzində 550 halda 774 nəfər tərəfindən dövlət sərhədinin pozulmasına cəhd edilib və sərhədçilərimizin sayıqlığı nəticəsində bu halların qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyilib.
Bildirilib ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər müəyyən edilərək saxlanılıb:
“Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 6 nəfər şəxs saxlanılmış, 11 nəfəri müəyyən edilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20, qaçaqmalçılıqla məşğul olan 7 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, ölkədə dini radikalizmi təbliğ edən 32 Azərbaycan vətəndaşı müəyyənləşdirilib”.
DSX rəisi: İranla sərhədin azad olunmuş hissəsinin nəzarətə götürülməsi nəticəsində ərazidən keçən narkotrafikin qarşısı alınıb
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında ərazi bütövlüyümüz bərpa olunduqdan sonra Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetirilib”.
Bu barədə Dövlət Sərhədi Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev DSX-in 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyib.
Elçin Quliyev qeyd edib ki, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsinin nəzarət altına götürülməsi nəticəsində bu ərazidən keçən narkotrafikin qarşısı alınıb:
“Ermənistanla dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən 198,7 km-lik hissəsində sərhədlərimizin etibarlı müdafiəsi və mühafizəsi sisteminin təmin edilib. "Eyvazlı" və "Qazançı" buraxılış məntəqələrinin fəaliyyətinin nəzarətdə saxlanılır, "Füzuli" və "Zəngilan" beynəlxalq hava limanlarında sərhəd nəzarətinin təşkili, azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin hərbi potensialının gücləndirilməsi, düşmən təxribatlarının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırılıb”.
DSX: Ötən il düşmənin 2 S-300 divizionu, 1 ədəd S-125 ZRK buraxıcı qurğusu məhv edilib
2022-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən 12-13 sentyabr tarixlərində dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində bölmələrimiz tərəfindən Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq ağır sarsıdıcı zərbələr endirilib, çoxsaylı itkilər verən düşmən qüvvələri geri çəkilməyə məcbur edilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirədə deyilib.
Bildirilib ki, düşmənin 2 S-300 divizionu, 1 ədəd S-125 ZRK buraxıcı qurğusu, 1 ədəd S-125 ZRK-nın atəş tuşlama stansiyası, 1 ədəd P-18 tipli radiolokasiya stansiyası, 2 ədəd "Jitel" radioelektron mübarizə sistemi, 18 ədəd düşmən postu, çoxsaylı canlı qüvvəsi məhv edilib: “Azad edilmiş ərazilərdə 50 km məsafədə yeni yollar çəkilib, 155 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib, 1323 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 54 ədəd piyada əleyhinə, 8 ədəd tank əleyhinə mina, 85 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib”.
.