Dövlət Sosial Müdafiə Fondu (DSMF) ünvanlı dövlət sosial yardımını alanlara xəbərdarlıq edib.

Fondun sosial ödənişlər departamentinin müdiri Rasim Səfərov bildirib ki, ünvanlı dövlət sosial yardımının məbləği ailə tərəfindən ardıcıl gələn 2 ay müddətində kart hesabından götürülmədikdə, elektron sistem tərəfindən sosial yardımın verilməsi dayandırılır:

"Daha sonra isə ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır. Aztəminatlı ailənin ödənilmiş sosial yardımdan istifadə etməməsi, həmin ailənin sosial yardıma ehtiyacının olmaması kimi qiymətləndirilir".

.