"ABŞ hökuməti Əfqanıstanda sülhə dair istənilən prosesdə iştirak etdiyinə görə Azərbaycana minnətdarlıq edir".

Bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Elis Uels deyib.

O bildirib ki, Azərbaycan öz coğrafi mövqeyinə görə bu məsələdə çox dəyərli oyunçudur: "Əfqanıstanda Azərbaycanla ABŞ arasındakı əməkdaşlıq iki ölkənin münasibətlərinin əsas komponentlərindən biridir".

Xatırladaq ki, Elis Uels Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısnda iştirak etmək üçün Bakıya gəlib.
.