Prezident İlham Əliyev Yusif Vilayət oğlu Eyvazova "Xalq artisti” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda Y. Eyvazovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə fəxri ada layiq görüldüyü qeyd olunub.

Prezident digər sərəncamla Anna Netrebkonun "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Anna Yuryevna Netrebko "Dostluq” ordeni ilə təltif edilib.

.