Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar Dövlətlərarası Aviasiya Komitəsi (IAC) beynəlxalq uçuşları həyata keçirən təyyarələrin, onların uçuş heyətlərinin və sərnişinlərinin, habelə yerdəki mülki obyektlərin təhlükəsizliyi ilə bağlı dərin narahatlıq keçirdiyini bildirib.

Komitənin saytı verdiyi xəbərə görə, mümkün təhlükələrlə əlaqədar təşkilat bir neçə təklif irəli sürüb. 

- Münaqişə zonasındakı silahların taktiki və texniki xüsusiyyətlərini nəzərə alaraq beynəlxalq hüquq normalarının qeyd-şərtsiz həyata keçirilməsinə və mülki təyyarələrin hava hücumundan müdafiə vasitələri ilə vurulmasının, habelə roketlər və digər vasitələrlə mülki obyektlərin və aerodromların məhv edilməsinin qarşısının alınmasına yönəlmiş bir sıra tədbirlər görmək;

- Uçuş sahələrində təhlükəsizliyi təmin etmək üçün Müdafiə nazirlikləri ilə koordinasiya və qarşılıqlı əlaqəni təmin etmək;

- Cənubi Qafqaz bölgəsindən uçuşlar həyata keçirən hava yolları şirkətlərinin mülki təyyarələrin münaqişə zonası üzərində və ya yaxınlığında uçuşlarının təhlükəsizliyini təmin etmək üçün risk faktorlarını qiymətləndirməsi və risk zonalarından qaçmaq üçün bildirişləri ciddi şəkildə izləməsi və yerinə yetirməsi; 

- Beynəlxalq Mülki Aviasiya Təşkilatı çərçivəsində mülki aviasiya təyyarələri üçün təhlükə yaradan, həmçinin yaranmış böhran vəziyyətlərini vaxtında həll etmək üçün əlaqədar dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən komitənin təşkil olunması.

.