“Bu gün gənclər könüllü şəkildə döyüşdə iştirak etmək üçün müraciət edirlər”.

Bunu bu gün mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

A. Rəhimov deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətlər olub və onlara qanunvericilik izah edilib: “Bildirilib ki, lazım olduğu halda tələb olunan hərbi vəzifəlilər hərbi hissələrə göndərilə bilər. Bəziləri sosial şəbəkələrdə bildirirlər ki, müraciət edirlər, ancaq qeydiyyata alınmırlar. Hərbi vəzifəlilər və digərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdadır. Prezidentin çıxışından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və bölmələrinə gənclərin axını başlayıb. Biz həmin gənclərin rəsmi şəkildə qeydiyyata alınmasını həyata keçiririk. Sadəcə, burada bəzi şəxslər fərqli istiqamətdə iş aparırlar. Dünən Prezidentin çıxışından sonra 4 minə qədər gənc hərbi qeydiyyata alınıb. Biz könüllü getmək istəyən şəxsləri qeydiyyata alırıq. Sadəcə, hər birimiz səbrli, diqqətli olmalıyıq. Könüllü müraciət edən hər bir vətəndaş qeydiyyata alınır”.

A. Rəhimov deyib ki, Dövlət Xidmətinə elektron poçtla da müraciət edənlər var: “Qeyd etdiyimi kimi, artıq 4 min gənc qeydiyyata alınıb”.

Xidmət rəisi: "Hər bir vətəndaşın borcu Vətən qarşısında xidmət etməkdir"

“Bizə müraciət edən vətəndaşların hamısı bu gün Dövlət Xidmətində qeydiyyatdadırlar. Hər bir vətəndaş düşünməlidir ki, icazəsiz evi tərk edirsə, idarə və bölmələrin qarşısında toplaşıb kimlərisə yoluxdurursa, insan özü buna qiymət verməlidir. Bu gün kimisə yoluxdurmaq bizə, dövlətimizə lazım deyil”.

Bunu bu gün mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.
 
A. Rəhimov deyib ki, hərbi hissələrdən daxil olan hər bir sifariş yüksək səviyyədə icra olunacaq : “Hər bir vətəndaşın borcu Vətən qarşısında xidmət etməkdir. Hazırda iyul çağırışını həyata keçiririk. Bu gün hər bir çağırışçı Dövlət Xidmətinin şöbələrinə daxil olarkən maska ilə təmin olunur, hərarəti ölsülür. Şəxsi heyət daşınan bütün avtobuslar dezinfeksiya olunub. Hər bir çağırışçı ilkin tədbirlər keçdikdən sonra hərbi hissələrə yola salınır. Hərbi hissələrdən qayıdan şəxslər isə TƏBİB tərəfindən müavinə olunur, testdən keçirilir. Xəstəlik aşkarlanan şəxslər xəstəxanaya yerləşdirilir”.

Arzu Rəhimov: "Müharibə dövrü üçün SHXÇDX tərəfindən bütün lazımi tədbirlər görülüb"

“Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik”.

Bunu bu gün mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

 A. Rəhimov deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sülh və müharibə dövründə hərbi hissələrin komplektləşdirilməsi ilə məşğuldur: “Müharibə dövrü üçün hazırlıq daimi aparılır. Ordu sıralarından təxris olunmuş hərbi vəzifəlilər seçilir, hərbi ixtisasları, təyinatları üzrə komandalara təyin olunur. Səfərbərlik olduqda hərbi hissələrdən daxil olmuş sifarişlər əsasında şəxsi heyət hazırlanaraq həmin hərbi hissələrə göndərirlirlər”.

 Dövlət Xidmətinin rəisi qeyd edib ki,  bu gün hərbi hissələr sülh dövrü üçün tam komplektləşdirilib: “Müharibə dövrü üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bütün lazımi tədbirlər görülüb. İstər hərbi hissələrin hərbi vəzifəlilərlə komplektləşdirilməsi, istər nəqliyyat vasitələri ilə təmin olunması təmin olunub. Əgər zərurət yaranarsa, müvafiq tədbirlər həyata keçirilər ”.

.