İqtisadi sahədə dövlət sirri təşkil edən məlumatların sayı artır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sirri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, səfərbərlik ehtiyatlarının yerləşdirilməsi, faktik həcmi və istifadəsi haqqında məlumatlar iqtisadi sahədə dövlət sirri təşkil edən məlumatlar sırasına daxil edilir.

Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

.