"Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanma mərhələsindədir".

Bunu  Dövlət Qulluğu İdarəetmə Şurasının üzvü, Milli Məclisin deputati Nizami Səfərov deyib.

O bildirib ki, növbəti dekadalarda layihə hazır olacaq:

"Bu layihənin geniş ictimai müzakirəsinin keçirilməsi nəzərdə tutulur. Geniş ictimaiyyət, həmçinin, dövlət qulluqçuları bu layihə ilə yaxından tanış olacaq və təkliflərini irəli sürə biləcək. "Dövlət qulluğu haqqında" qanun 2000-cu ildə qəbul olunub, 2001-ci ildən qüvvəyə minib və bu qanunda bir sıra dəyişikliklər edilib. Ancaq qeyd etmək istəyirəm ki, qanun öz sistemliliyini saxlasa da, belə bir Məcəllənin hazırlanması Azərbaycan Respublikasının qanunvericiliyində mövcud olan yeni məcəllələrin hazırlanması istiqamətində atılan mühüm addım olacaq".

Nizami Səfərov deyib ki, Məcəllə payızda artıq parlamentdə müzakirəyə çıxarılacaq.

.