Dövlət Proqramı ilə xaricdə təhsil alıb gəlmiş tələbələr birbaşa dövlət qulluqçusu adı alırlar.
Bunu 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.
“Onlar ölkəyə döndüklərində müvafiq qurumlara müraciətləri ilə bağlı da dəstək oluruq” – Turan Topalova qeyd edib.
O, eyni zamanda qeyd edib ki, Dövlət Proqramı ilə təhsil alıb dönmüş şəxslərin diplomunun tanınması bir qayda olaraq həyata keçirilməlidir:
“Həmin şəxslər Dövlət Proqramı ilə təhsil aldıqlarına görə, onların diplomlarının tanınması daha sadə qaydada həyata keçirilir. Bu da onlar üçün bir üstünlükdür”.
.