Dövlət Miqrasiya Xidmətinə mətbuat katibi təyin olunub.
Bu vəzifə Natəvan Bayramovaya həvalə olunub.
Natəvan Bayramova 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, N. Bayramova 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr dərəcəsi alıb.
Peşə fəaliyyətinə 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər-elm və təhsil departamentinin direktor müavini işləyib.
Dövlət orqanlarında müxtəlif vəzifələrdə iş təcrübəsinə malikdir.
Fəaliyyəti ilə əlaqədar bir neçə beynəlxalq və yerli mükafatlara layiq görülüb.
Ailəlidir, iki övladı var.