“27 sentyabrda Azərbaycan Ordusu tərəfindən ək-hücum əməliyyatı zamanı düşmən məğlub edilib. Şəhidlərimizin qanı yerdə qalmadı və qisası alındı. 2020-ci il 10 noyabr tarixli 3 tərəfli bəyanatın 8-ci bəndinə əsasən, hərbi əsir, girov, habelə cəsədlərin dəyişdirilməsi həyata keçirilməlidir”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Dövlət Komissiyası tərəfindən birtərəfli qaydada 2 dekabr, 9 dekabr, 11 dekabr və s. tarixlərdə erməni vətəndaşı olan şəxslər, habelə erməni hərbi qulluqçular Ermənistana təhvil verilib: “2020-ci ilin dekabrın 14-də Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən, həmçinin girovluğundan azad edilərək, vətənə gətirilib. 3 tərəfli bəyanata uyğun olaraq sonuncu proses 28 dekabrda həyata keçirilib. Azərbaycanda saxlanılan 58 erməni milliyyətli şəxs geri verilib. Azərbaycanda hələ 5 hərbçi və 2 mülki şəxs saxlanılır. Qarşı tərəfdə isə 2 mülki şəxs saxlanılır”.

İşçi Qrup: İndiyədək döyüş bölgəsindən 334 Azərbaycan hərbçisinin, 988 erməni hərbçinin meyiti çıxarılıb

“Bu günədək döyüş bölgəsindən 334 Azərbaycan, 988 erməni hərbçisinin meyiti çıxarılıb”.

Bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, hazırda bu proses davam edir.

.