Azərbaycanla müxtəlif sahələrdə effektiv əməkdaşlığımız var.
Bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, o, bu gün Bakıda keçirdiyi görüşlərdə regional məsələləri, əməkdaşlığı müzakirə edib, son illər ərzindəki vəziyyəti nəzərdən keçirib.
Blinkenin köməkçisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən də danışıb. Amerikalı diplomat qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür. O əlavə edib ki, “münaqişənin həlli bütövlükdə region üçün səmərəli olacaq, eyni zamanda, bunun iqtisadi səmərələri olacaq”.
Ceyms O’Brayn görüşlər zamanı Azərbaycanın COP29-a sədrliyini də müzakirə etdiyini vurğulayıb: “Biz Azərbaycana bu prosesdə texniki dəstək verəcəyik. Biz iqlim dəyişikliyini ciddi qlobal çətinlik hesab edirik”.
Diplomat görüşlər zamanı insan haqları və demokratiyanın vacibliyi məsələsinə toxunduğunu da diqqətə çatdırıb.
.