İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin müşavirlərindən biri Kamal Xərrazi məsuliyyətsiz açıqlama verib.

Yenizaman“İran İnternational”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden və dövlət katibi Antoni Blinkenin dediyi kimi, İranın mümkün nüvə silahı əldə etməsi ilə bağlı bütün variantlar masa üzərindədir: “İslam Respublikasının nüvə silahı əldə etməməsi ilə bağlı Birləşmiş Ştatların hədəfi dəyişməyib”.

"ABŞ hesab edir ki, diplomatiya uzunmüddətli və effektiv həll yoluna nail olmaq üçün ən yaxşı yoldur. Ancaq onların Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq edə bilməməsini nəzərə alaraq, biz indi diplomatiyadan uzağıq”, - M.Miller deyib.

Ötən gün Kamal Xərrazi vurğulayıb ki, İranın nüvə silahı əldə etməməsi və tətbiq etməməsi üçün ABŞ mümkün bütün vasitələrdən yararlanacaq: “Ancaq bu, baş verməyəcək” .

Ali rəhbərin müşaviri söyləyib ki, İsrail İranın nüvə obyektlərinə hücum etsə, İslam Respublikasının mövcudluğu təhlükə altında qalarsa, rəsmi Tehran nüvə doktrinasını dəyişəcək: “Bu halda İran nüvə silahı istehsal etmək imkanı əldə edəcək”.

.