“Cənubi Qafqazda sülhün təşviqi təkcə ABŞ administrasiyası üçün deyil, dövlət katibi Entoni Blinken üçün də daimi prioritet olaraq qalır".

Bunu cümə günü keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin birinci müavini Vedant Patel deyib.

Dövlət Departamenti rəsmisinin sözlərinə görə, bunu onun Azərbaycan və Ermənistan liderləri ilə əlaqəsi də sübut sübut edir.

O qeyd edib ki, ABŞ sülhü təşviq etmək üçün bütün sahələrdə - istər ikitərəfli əsasda, istər Aİ daxilində mexanizmlər vasitəsilə iştirak etməyə qətiyyətlə sadiqdir.

.